|
Hörmətli ziyarətçilər! BİS Hüquq Firmasının saytına xoş gəlmisiniz. Saytın hazırlanmasında məqsədimiz Firmamız və göstərdiyimiz xidmətlər haqqında Sizə etraflı məlumat verməklə yanaşı bizim fəaliyyətimizin əsas prinsip və qaydalarını Sizə çatdırmaqdır. Bu prinsiplərə biz fəaliyyətimizin bütün sahələrində əməl edirik və ümid edirik ki, onlar Sizə düzgün seçim etməkdə yardımçı olacaq. Bu bizim firmanın artıq üçüncü saytıdır. Firma inkişaf etdikcə yeni sayta da ehtiyac hiss edilirdi. Ümid edirik ki, bu sayt Sizin və ümumiyyətlə korporativ saytlara qoyulan tələblərə daha çox cavab verir. Əlavə olaraq hüquq firmaları və vəkillərlə necə işləməklə bağlı Sizə məlumat verməyə çalışacağıq. Bizim firmanın və ya hər hansı başqa firmanın olmasından asılı olmayaraq. Saytda yerləşdirilən məlumatlar vaxtaşırı yeniləşdiriləcək ki, o, faydalı və aktual olsun. Eyni zamanda saytın İngilis və rus versiyalarından da faydalana bilərsiniz. Məlumunuz olsun ki, saytın bu üç versiyasında olan məlumatlar fərqli ola bilər. |